Krunoslav Yurciç “Neftçi”nin 1 futbolçusunu bəyəndi
19.07.2011 - 22:19
Krunoslav Yurciç “Neftçi”nin 1 futbolçusunu bəyəndi
"Oyundan razı qaldım. Futbolçularım topa daha çox nəzarət edirdi. "Neftçi"nin hücumlarını zərərsizləşdirə bildik". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Dinamo" klubunun baş məşqçisi Krunoslav Yurciç deyib.

Yurçiç "Neftçi"nin heyətində yalnız qapıçı Saşa Stamenkoviçin oyununu qeyd edib: "Bu oyunda qol vurmaq istəyirdik. Lakin alınmadı. Çünki "Neftçi"nin qapışısı Stamenkoviç əla oynadı. O, möhtəşəm oyunu ilə komandasını xilas etdi”.