“Təəssüf ki, Çempionlar Liqasında mübarizəni dayandırdıq”
19.07.2011 - 23:22
“Əlimizə düşən imkanlardan istifadə edə bilmədik”
"Oyuna çox yaxşı hazırlaşmışdıq. İlk 30 dəqiqədə çox güclü oyun nümayiş etdirsək də, qol vura bilmədik. Futbolda belə hadisələr mümkündür. Təəssüf ki, Çempionlar Liqasında mübarizəni dayandırdıq". Bu sözləri apasport.az saytına açıqlamasında Bakının "Neftçi" klubunun futbolçusu Ruslan Əmircanov deyib.
"Neftçi"nin baş məşqçisi Arif Əsədov "Dinamo" ilə səfər oyunundan fərqli, Bakıdakı qarşılaşmada müdafiəçini start heyətində meydançaya buraxmışdı. Ruslan əlahiddə bir şey etməsə də, kobud səhvədə yol vermədi.
Əmircanov komandasının 2-ci hissədə zəif çıxışına da münasibət bildirib: "İkinci hissədə bir az zəif təsir bağışladıq. Futbolçularda psixoloji cəhətdən yorğunluq vardı. Eyni zamanda, havanın temperaturu da yüksək idi. Artıq Çempionlar Liqasındakı uğursuzluğu unudub, irəli baxmalıyıq".
Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Neftçi" "Dinamo"ya hər iki oyunun nəticəsinə görə uduzaraq, mübarizəni dayandırıb.

0
0