İlk finalçı müəyyənləşdi
20.07.2011 - 08:41
Argentinada təşkil olunan Amerika kubokunun yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Argentina və Braziliya kimi favoritlərin mübarizədən kənar qaldığı yarışın ilk finalçısı Uruqvay yığması olub. Onlar Peru ilə yarımfinalın ilk matçında 2:0 hesabı ilə qalib gəliblər. Uruqvay millisini finala 6 dəqiqəyə 2 dəfə fərqlənən Suares çıxarıb. O, 53 və 58-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, Uruqvayın finaldakı rəqibi bu gün baş tutacaq Paraqvay – Venesuela görüşündə müəyyənləşəcək.
Qeyd edək ki, Uruqvayın finaldakı rəqibi bu gün baş tutacaq Paraqvay – Venesuela görüşündə müəyyənləşəcək.
0
0