Gecənin şousu
20.07.2011 - 09:07
Gecənin şousu
Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə növbəti mərhələyə çıxacağı gözlənilən komandaların hamısı istəyinə çatıb. Yəni ilk görüşlərdə lazımı nəticə qazananların hamısı III mərhələyə yüksəlib.

Günün ən diqqət çəkƏn nəticəsi Helsinkidə olub. “Neftçi”nin potensial rəqibi olan Finlandiya HİK-i günün şousunu göstərib. Helsinki təmsilçisi Uels çempionu “Banqor Siti”ni futbolda nadir hallarda qeydə alınan 10:0 hesabı ilə darmadağın edib. Bununla da Finlandiya çempionu rəqibinə 2 oyunda 13 cavabsız qol vurub.

Postsovet məkanı təmsilçiləri üçün ilk oyun günü uğursuz olub. “Neftçi” də daxil olmaqla onların əksəri mübarizəni dayandırıb, yalnız BATE ilə “Ekranas” növbəti mərhələyə çıxıb.


Çempionlar Liqası, II təsnifat mərhələsi

Cavab oyunları

19 iyul

“Neftçi” (Azərbaycan) – “Dinamo” (Xorvatiya) – 0:0
İlk oyun – 0:3

“Flora” (Estoniya) – “Şamrok Rovers” (İrlandiya) – 0:0
İlk oyun – 0:1

BATE (Belarus) – “Linfild” (Şimali İrlandiya) – 2:0
Nexayçik, 58, Pavlov, 61
İlk oyun – 1:1

“Dudelanj” (Lüksemburq) – “Maribor” (Sloveniya) – 1:3
Daniel da Mota, 54 – Mezqa, 26, 76, Beriç, 72,
İlk oyun – 2:0

“Ekranas” (Litva) – “Valletta” (Malta) – 1:0
Dedura, 5
İlk oyun – 3:2

HİK (Finlandiya) – “Banqor Siti” (Uels) – 10:0
Rinq, 37, Sadik, 44, Zeneli, 47, 54, Rafinya, 52, Pukki, 64, 67, Kastrati, 66, 88, Parikka, 71
İlk oyun – 3:0

“Tobol” (Qazaxıstan) – “Slovan” (Slovakiya) – 1:1
Stepanovski, 62 – Kladrubski, 16
İlk oyun – 0:2

“Liteks” (Bolqarıstan) – “Moqren” (Çernoqoriya) – 3:0
Zanev, 3, Todorov, 49, Yanev, 80
İlk oyun – 2:1

“Torshavn” (Farer adaları) – “Malmö” (İsveç) – 1:1
Benjaminsen, 70 – Fiqueyredo, 90
İlk oyun – 0:2

“Viktoriya” (Çexiya) – “Pünik” (Ermənistan) – 5:1
Bakos, 38, 42, Kolar, 45, 58, Pilar, 90 - Malakyan, 49
İlk oyun – 4:0

“Visla” (Krakov, Polşa) – “Skonto” (Latviya) – 2:0
Maleski, 51, İliyev, 64
İlk oyun – 1:0

“Şkendiya” (Makedoniya) – “Partizan” (Serbiya) – 0:1
Yovanoviç, 68
İlk oyun – 0:4

Qeyd edək ki, II mərhələyə bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.