Saşa Stamenkoviç “Neftçi”nin Avropada seriyasını qorudu
20.07.2011 - 09:33
Bakının “Neftçi” klubu avrokuboklarda evdə 12 ildir uduzmur. Apasport.az saytının hesablamalarına görə, “ağ-qaralar” 1999-cu ildən bəri qitə miqyaslı turnirdə öz meydanında yenilmir. Bu, Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə cavab görüşündə də davam etdi – 0:0. “Neftçi” Avropanın ən nüfuzlu turnirdən kənarda qalsa, Avropada mütləq rekordçu kimi qələbə seriyası qırılsa da, digər seriyası davam etməsi ilə təsəlli tapdı. Çempionumuz buna görə yeni transferi Saşa Stamenkoviçə minnətdar olmalıdır. Belə ki, serbiyalı qapıçı oyunda bir neçə dəfə ustalığını nümayiş etdirərək, komandamızı real qollardan xilas etdi və görüşün qəhrəmanı oldu.
Maraqlıdır ki, “Neftçi” avrokuboklarda sonuncu məğlubiyyətini Stamenkoviçin gəldiyi “Srvena Zvezda”dan alıb. Bu, 1999-cu il avqustun 12-də UEFA kubokunun I təsnifat mərhələsində 2:3 hesablı yenilgi olub. Komandamız bundan sonra qitə miqyasında keçirdiyi 9 oyunda uduzmayıb. Bunlar Zaqreb təmsilçisi ilə görüşə qədər Sloveniyanın “Hit Qoritsa” (1:0, 0:0), Bosniya və Herseqovinanın “Şiroki Briyeq” (1:0), Rusiyanın MOİK (0:0), İslandiyanın “Hafnarfyordur” (2:0), Belçikanın “Anderlext” (1:0), Avstriyanın “Rid” (2:1), Slovakiyanın “Nitra” (2:0), Belçikanın “Jerminal” (1:0), Rumıniyanın “Vaslui” (2:1) klubları ilə oyunlardır.
Ümumiyyətlə, “Neftçi” avrokuboklarda evdə 13 oyun keçirib. Bunlardan yalnız debütdə Kiprin APOEL klubu ilə qolsuz bərabərlik Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər, qalan hamısı Tofiq Bəhramov adına Respublika stadionunda olub. “Neftçi”nin avrokuboklarda evdə 2 məğlubiyyəti olub ki, “Srvena Zvezda”ya kimi Polşanın “Vildzev” klubuna 0:2 hesabı ilə uduzmuşuq. 1997-ci il iyulun 23-də keçirilən bu matç ölkəmizin ÇL-də debütü olub. Daha bir maraqlı məqam odur ki, “Neftçi” Avropada evdə hər 3 heçəsi eyni hesabla, yəni qolsuz olub. Yəni “ağ-qaralar”ın avrokuboklarda debütdə rəqibi olan APOEL-lə Sumqayıtdakı görüş də 0:0 hesabı ilə nəticələnib.
Mehman SÜLEYMANOV

0
0