Vaqif Cavadov Rusiya Premyer Liqasında avqustda debüt edəcək
20.07.2011 - 10:26
Vaqif Cavadov Rusiya Premyer Liqasında avqustda debüt edəcək
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasında debütü sabah baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçumuz yaxında keçdiyi “Volqa” klubunun heyətində, futbolda ilk addımlarını atdığı, Rusiyada ilk klubu olan MOİK-lə ev görüşünün iştirakçısı ola bilməyəcək. Ümumiyyətlə, Vaqif debütü üçün hələ 2 həftə gözləməli olacaq. Yəni o, Premyer Liqada iyulun 24-də Moskvanın “Spartak” klubu ilə ev, 31-də “Dinamo” ilə səfər oyunundan da kənarda qalacaq.

Bütün bunların səbəbi isə Nijni-Novqorod təmsilçisinin nəinki Cavadovu, son fasilə müddətində transfer etdiyi futbolçuları sifariş edə bilməməyi ilə bağlıdır. Məsələ ilə bağlı fikrini bildirən “Volqa”nın baş məşqçisi Andrey Çerışev Rusiya Premyer Liqasındakı reqlamenti gözləməli olacaq: “Sözsüz ki, yeni futbolçularımızı sifariş edə bilməməyimiz məşqçilər ştabımız üçün problem yaradır. Bizdə sanballı yeni futbolçular var, ancaq onları avqusta kimi onları rəsmi oyunlarda istifadə edə bilməyəcəyik. İndi sərəncamımızda cəmi 14-15 futbolçu var. Mütləq gənc futbolçuları cəlb edəcəyik. Əgər onları döyüşə atmağa məcbur olsaq, bunu mütləq edəcəyik”.

Göründüyü kimi, baş məşqçisinin sözlərinə inansaq, Vaqif avqustdan tez rəsmi oyunda meydana çıxa bilməyəcək. Bu üzdən “Volqa”nın Rusiya kubokunda səfərdə qalib gəldiyi Yaroslav “Şinnik”i ilə səfər oyununda (1:0) da iştirak etməyən Cavadovun debütü XIX turda avqustun 6-da evdə “Rostov”la matçda olacaq.

Qeyd edək ki, Vaqif oynadığı MOİK-in əvəzedici komandasından 2007-ci ilin qışında “Qarabağ”a keçdi. Həmin vaxtda vətəndə karyerası başlayan futbolçumuz ötən ayın 30-da Rusiya Premyer Liqasının debütantı ilə müqavilə bağladı.