Dieqo Souza Ceyhun Sultanovu “ofsayd”a saldı
20.07.2011 - 10:37
Avroliqanın II təsnifat mərhələsinin “Makkabi” ilə İsraildəki oyunu “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Dieqo Souza üçün əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı futbolçu karyerasında 80-ci dəfə lənkəranlıların formasını geyməklə ilk onluğa daxil olub.
Söhbət “Xəzər Lənkəran” formasında ən çox oyun keçirənlərdən gedir. Legioner futbolçu indiyədək bu mövqeni bölüşdüyü Ceyhun Sultanovu (79) “Top-10”dan sıxışdırıb çıxarıb.
“Xəzər Lənkəran”da ən çox oyun keçirən 10 futbolçu

1 | Alim Qurbanov | 167 |
|---|---|---|
2 | Rəşad Abdullayev | 155 |
3 | Rahid Əmirquliyev | 154 |
4 | Kamran Ağayev | 128 |
5 | Radomir Todorov | 125 |
6 | Zaur Ramazanov | 99 |
7 | Emin Quliyev | 98 |
8 | Füzuli Məmmədov | 98 |
9 | Ədəhim Niftəliyev | 82 |
10 | Dieqo Souza | 80 |
0
0