Kapello, Mourinyo, Əsədov və başqaları
20.07.2011 - 15:00
“Neftçi”nin Çempionlar Liqasındakı biabırçı çıxışı utancverici məqamlarla müşayiət olundu. Söhbət ölkənin ən titullu klubuna təyinatınadək hansısa peşəkar komandada çalışmayan baş məşqçi Arif Əsədovun gülməli, bu peşə sahibinə yaraşmayan açıqlamalarından gedir.
“Neftçi”yə qədər uşaqlarla - əvəzedici heyət, gənclər yığması və s. – çalışan mütəxəssis Zaqreb “Dinamo”su ilə ilk görüşdəki darmadağından sonra düşünülməmiş açıqlamalar verir.
Deyəsən, xorvatiyalılardan əsl futbol dərsi alması Əsədovu elə çaşdırıb ki, həmin sözü deməzdən qabaq “bişirmək” qabiliyyətini itirib. Düzdür, indi Əsədov 6 ildən sonra “Neftçi”ni çempion etməsini hamının gözünə soxur. Lakin bu çempionluqda Flavinyonun əməyinin özündən daha çox olduğunu və bəzi başqa məqamları unudur. Bunlardan biri adı mövsümboyu hallanan, amma təsdiq olmayanı Əfqan Həmzəyev kimi hakimlərlə bağlıdır. Lakin bunu heç qabartmasaq da, çempionluğun 5 qəpiyə dəymədiyini Əsədov özü etiraf edib.
“1 ay məşq etsəm “Simurq” və “Turan”a qarşı oynayaram” deməklə, onsuz da pis gündə olan Premyer Liqanın səviyyəsini aşağılayan məşqçi özü də dərk etmir ki, çempionatı zəif saymaqla, qazandığı titulun dəyərini də heçə endirir. Özü də bu çempionluq prinsipial rəqib “Xəzər Lənkəran”ı məğlub etmədən əldə olunub.
Bu 2 komandanın rəqabətində isə bəzən şəxsi oyundakı qələbə çempionluq dəyərində olur. 2 ildir “Xəzər Lənkəran”ı uda bilməyən klubun çempionluğu isə heç cür azarkeşlərin könlünə yol tapa bilməz. Axı “Böyük oyun” Əsədovun bəyənmədiyi “Turan”la “Simurq”un olmadığı məkandır. “Böyük oyunlar”ın zəif bəndi kimi tarixə düşən 8 matçda prinsipial rəqibi üstələməyən məşqçi isə...
Əsədovun “Simurq”la “Turan”ın yerinə “Xəzər Lənkəran” və “Qarabağ”ın adını çəksəydi, heç kim ona “gözün üstə qaşın var” deməzdi. Əksinə, hamı onun iddiasına “halaldır” deyərdi. Lakin bunu əvvəl meydanda deyib, sonra sübut etmək lazımdır. Yoxsa ki, ötən mövsümkü büdcəsi “Neftçi”dən az qala 100 dəfə az olan komandaları daha da aşağılamaq...
Əslində, onun cavabını Avropadakı tanınmasına görə Əsədovdan 1 deyil, bir neçə baş üstün olan Sergey Yuran yaxşı vermişdi: Əgər sən məşqçisənsə, rəqibinə hörmətlə yanaşmalısan. Düzdür, “Turan” hələlik “ağ-qaralar”ın məşqçisinin ağ olmayan fikrinə münasibət bildirmir. Yəqin ki, həm məşqçi (Serbiya qələbəsi çempionluqdan üstündür), həm də futbolçu kimi (uşaqlar arasında SSRİ yığması peşəkar səviyyə deyil axı) həmkarından daha nüfuzlu Əsgər Abdullayev çempionatda Əsədovun cavabını verməyi gözləyir.
Yuranın cavabının xatırlatdığımız ilk hissəsi – “əgər sən məşqçisənsə” hissəsi “Dinamo” ilə cavab oyunundan sonra yenə aktuallığını qaytardı. Minlərlə “Neftçi”sevərin istefa sədalarını vecinə almayan Əsədov daha gülməli açıqlama ilə diqqət çəkdi: İstefa vermək zəiflik əlamətidir.
Son 5 oyunda qələbə qazana bilməyən, bu müddətdə 2 dəfə darmadağın olan bakılıların baş məşqçisi üçün bütün bunlar da azdır. Lakin zəifliklə bağlı açıqlama... Bütün dünya bilir ki, baş məşqçilərin həyatı istefalar üzərində qurulub. Hətta məşqçilər məcazi mənada “ərizəm cibimdədir, lazım olanda verəcəm”, “çemodanlarım həmişə hazırdır” deyirlər. Əsədov üçün müəllim olmağa layiq korifey mütəxəssislərimiz Əhməd Ələsgərov da, Ağasəlim Mircavadov da, Kazbek Tuayev də sonrakı nəsil nümayəndələrindən Vaqif Sadıqov da, Əsgər Abdullayev də karyerasında bir neçə dəfə, ən azı 1 dəfə istefa verib.
Əsədov onların zəiflik göstərdiyini iddia edirsə... Bəs dünya əfsanələri Fabio Kapello, Joze Morinyonun zəif olub istefa verməsinə, Əsədovun isə əksinə güclü olmasına nə ad verəsən? Əlbəttə bir məqam da var. Hər bir məşqçi istefa verər, təbii ki, söhbət məşqçidən gedir. Lap Yuran demişkən...
Məşqçimiz hətta “Real”ın da 0:5 hesabı ilə uduzduğunu vurğulayaraq, biabırçılığa haqq qazandırır. Lakin “Real” uduzanda da futbol oynayır. Həm də ki, 9 dəfə Avropanın ən yaxşısı olan “Kral klubu” ilə müqayisə olunmaq üçün “Neftçi” madridlilərin məşqçiləri kimi dəfələrlə istefa vermiş, yıxıla-yıxıla böyüyüb böyük məşqçiyə malik olmalıdır. Yoxsa ki, “Neftçi” Azərbaycan miqyasında Flavinyo, avrokuboklardakı son matçında isə Stamenkoviç hesabına yaşayır. Belə yaşamaqdansa...
Əslində, azarkeşlərin ürəyində Respublika stadionunda öldü. Tribunaların hüzr məclisində olduğu kimi, “Yaxından-uzaqdan gələnlər hallalıq versin” sədaları, ardınca isə “halal olsun” hayqırması da bundan xəbər verir. Deyəsən, “Dinamo” ilə qarşılaşma kiminsə, nəyinsə son günü idi. Görəsən, kim ölmüşdü?
“Bu forma sizə haram olsun” şüarı səsləndirən fanatlar Respublika stadionunda “Neftçi” adına ən böyük rəzalətə də ehtiyac duydu. Bu isə kimin öldüyünə aydınlıq gətirdi. Ölən flaqman idi, “Neftçi”nin uzun illər boyu, yüzlərlə futbolçunun, onlarla məşqçinin əziyyəti ilə qazanılan flaqmanlığın itirilməsi idi. Çarəsiz fanatlar mərhum Anatoli Banişevskini çağırırdılar. Oyunlar vaxtı nadir hallarda yada düşən əfsanəmizin haqq dünyasından gəlib, “Neftçi”mizi rüsvayçılıqdan xilas etməsini istəyirdilər.
Amma arenada Ələsgərovun çalışdırdığı Banişevski, Tuayevli komanda yox, Əsədovun rəhbərlik etdiyi Əmircanovlu, Məlikovlu, Abışovlu komanda idi. Çoxları üçün Banişevskinin müqəddəs saydığı “9”u Flavinyo daşıyırdı.
Uzun illərdir flaqman sayılan “Neftçi” yeganə ümid yerimiz olub. Azərbaycan millisi də, klublarımız da – istisnasız olaraq hamısı – uduzanda Respublika stadionunu “Neftçi, Neftçi” sədaları bürüyürdü. Hamımız və həmişə bu komandadan nəsə gözləyirdik. Ağır ayaqda paytaxt təmsilçisinin dadımıza çatacağını düşünmüşük. Bu, həmin meydandakı komanda üçün təhqir və xəcalət sayılsa da, həmişə belə olub. Lakin “Neftçi” öz oyunlarında belə hadisə görünməmiş olay sayılır.
Lakin artıq flaqmanın – daha doğrusu sabiq flaqmanın (belə daha dəqiqdir) görüşündə “Qarabağ” sədaları eşidilir. Əsədovlu “Neftçi” nəsillərdən onlara gələni qoruyub saxlaya bilmədi. Gələn il 80 yaşını qeyd edəcək “ağ-qaralar” 25 yaşlı “Qarabağ”ın kölgəsinə sığınırsa, “qocanın” azarkeşləri cavandan imdad umursa, bu biabırçılıq deyil, rüsvayçılıq deyil, rəzalət deyil, bəs nədir? “Neftçi” əvvəllər də uduzub, öz meydanında qolsuz heç-heçə nədir, hətta məğlubiyyət acısı da dadıb. Bu dəfə yaşananlar isə oyun sonrası atəşfəşanlıq, tribunalardakı fişənglərlə müşayiət olunub. Görəsən, azarkeşlər bununla nə demək istəyirdi?

0
0