“Xəzər Lənkəran” mübarizəni dayandırdı
21.07.2011 - 21:20
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulur. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutan görüşlərdən ikisi Azərbaycanda keçirilib.İlk olaraq Lənkəranda oyun yekunlaşıb. Tarixində ilk dəfə II təsnifat mərhələsində oynayan “Xəzər Lənkəran” İsrailin “Makkabi” klubu ilə cavab görüşündə qalib gələ bilməyib.
Təl-Əvivdə 1:3 hesabı ilə uduzan Azərbaycan kubokunun qalibi üçün Lənkərandakı görüş əlamətdar idi. Avrokuboklarda yubiley – 10-cu matçına çıxan “Xəzər Lənkəran” doğma stadiondakı 2-ci oyununda da qələbə qazana bilmədi. Cənub təmsilçisi prinsial rəqibi “Neftçi” kimi ev görüşündə qolsuz bərabərlik əldə edərək, onun aqibəti ilə üzləşdi.
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
20:30. “XƏZƏR LƏNKƏRAN” (LƏNKƏRAN)– “MAKKABİ” (TƏL-ƏVİV, İSRAİL) - 0:0
Baş hakim: Andrey Şandor
Lənkəran şəhər Mərkəzi stadionu
İlk oyun - 1:3
“Xəzər Lənkəran”: 1. Kamran Ağayev (k), 3. Elvin Beçiri, 8. Eder Bonifim, 9. Çaba Borbeli, 7. Katalin Doman, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pits, 77. Marius Onofraş, 15, Emeka Opara, 81. Rikardo Qomeş.
“Makkabi”: 55. Qay Haimov, 2. Kleme Saban, 4. Batista Nivaldo Santana (k), 17. Savo Paviçeviç, 14. Yoav David Ziv, 25. Rafi Dahan, 10. Naris Medunjanin, 7. Guillermo İsraileviç, 13. Munas Dabbur, 18. Nouss Konate, 16. Elran Atar,
Lənkəran şəhər stadionunun tribunaları yavaş-yavaş dolmağa başlayır.
Matçın başlamasına təxminən 1 saat qalsa da, tribunalarda 13 minədək azarkeş var.
Azarkeşlər oyun öncəsi məşq üçün meydana çıxan “Makkabi” futbolçularını fitə basır.
Fanatlar “Fələstin, Fələstin” şüarları səsləndirməklə, yəhudiləri qıcıqlandırmağa başlayır.
“Xəzər Lənkəran” futbolçuları azarkeşlərin alqışları altında meydana çıxır.
Müsavat başqanı İsa Qəmbər də “ağ-yaşıllar”ı dəstəkləmək üçün stadiona gəlib.
Tribunalarda boş yer qalmasa da, azarkeşlərin axını davam edir.
Komandalar meydana çıxır.
İlk görüşdə olduğu kimi, “Xəzər Lənkəran” ağ, “Makkabi” isə sarı geyimdədir.
OYUN BAŞLADI
Oyuna meydan sahibləri başladı
“Makkabi”nin sağ cinahdan ilk hücumu. Top yan xətdən çıxır.
Azarkeşlər “Allahu Əkbər” sədaları ilə qonaqları qıcıqlandırır.
Oyunda ilk təhlükəli vəziyyət. Qonaqların zərbəsi qapının üstündən keçir.
“Makkabi” təhlükəli nöqtədən cərimə zərbəsi vurur. Top canlı səddən qayıdır.
“Xəzər Lənkəran” hesabı açmağa yaxın olur. Opara cərimə meydançası daxilindən çərçivəyə düşə bilmədi.
Opara daha bir 100 fazilik şansını boşa verdi.
Doman topu sol cinahdan qapı qarşına göndərir. Onofraşın zərbəsi qeyri-dəqiqdir.
Hakim ilk yarıya 1 dəqiqə əlavə edir.
İkinci hissə başladı.
İsraileviç topu qüvvətli zərbə ilə qapıya vurur. Kamranın dizinə dəyən top meydana qayıdır.
Domanın əvəzinə meydana Julisu Vobay çıxır.
Joao Paolon Çabanı əvəzləyir.
Kobud oyuna görə Vobay sarı vərəqə ilə cəzalandırılır.
Rednik daha bir əvəzetməyə ehtiyac duyur. O, Onofraşın yerinə meydana Elnur Allahverdiyevi buraxır.
“Makkabi” daha çox topu özündə saxlamaqla, vaxt qazanır.
Qonaqlar hesabı açmağa yaxın olurlar. konatenin zərbəsi qapı tirinə dəydi
Hakim ikinci hissəyə 5 dəqiqə əlavə edir. Komandalar uzatma dəqiqələrində də qol vura bilmir və lənkəranlılar mübarizəni dayandırırdı.

0
0