“Qarabağ” tək qaldı - YENİLƏNİB
21.07.2011 - 21:54
Bu gün Avroliqanın II təsnifat mərhələsinin daha bir oyunu Tofiq Bəhramov Respublika stadionunda keçirilib. Apasport.az saytının məlumatına görə, 2 gün əvvəl avrokubokların digər görüşünü - Çempionlar Liqasını qəbul edən mərkəzi arenada yenə hesab açılmadı. Ancaq uğursuzluqla üzləşən “Neftçi”dən fərqli Avroliqada “at oynadan” “Qarabağ”a 0:0 hesablı bərabərlik uğurlu nəticə oldu. Çünki səfərdə Rauf Əliyevin vurduğu qol mərhələ keçmək üçün yetərli oldu.
Bununla da Qurban Qurbanovun komandası son 3 ildə 7-ci dəfə mərhələ adladı avə avrokuboklarda qalan yeganə təmsilçimiz oldu. İndi ağdamlıları III təsnifat mərhələsində Belçikanın ən titullu klublarından olan “Brügge” ilə çətin sınaq gözləyir. İlk oyunumuz iyulun 28-də səfərdə, cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
21:00. “QARABAĞ” – “STREYMUR” (FARER ADALARI) 0:0
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6.Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev,14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
EHTİYAT OYUNÇULAR: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi
BAŞ MƏŞQÇİ: Qurban Qurbanov
STREYMUR: 1. Rene Torqard, 4. Gert Ade Hansen, 6. Petur Dam Yakobson, 7. Levi Hanssen, 8. Eqil Bo (k), 10. Bardur Olsen, 11. Hans Pauli Samuelson, 12. Marni Curhus (k), 22. Arnbyorn Hansen, 23. Leyf Niklasen, 27. Aleks dos Santos
EHTİYAT OYUNÇULAR: 30. Yoan Paolo Yakobson, 5. Pol Qrunnveit Olsen, 9. Arnar Dam
BAŞ MƏŞQÇİ: Hedin Askham
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Qoran Spirkoski (Makedoniya)
İlk oyun - 1:1
Komandamızın baş məşqçisi Quqban Qurbanov Farer adalarındakı oyunda start heyətini dəyişməz saxlayıb. Serbiyalı Boyan Pavloviç qapıda dayanacaq. Rəşad Sadıqovla albaniyalı Admir Teli müdafiənin mərkəzində yer alacaq. Digər albaniyalı legioner Ansi Aqolli müdafiənin sol, Maksim Medvedev sağ cinahında oynayacaq. Namiq Yusifovla Rəşad Sadiqova yarımmüdafiənin mərkəzində çıxış edəcək. Vüqar Nadirov yarımmüdafiənin sol, Əfran İsmayılov sağ cinahına cavabdeh olacaq. Gürcü Georgi Adamiya ilə Rauf Əliyev hücumda tandem təşkil edəcəklər.
1-ci dəqiqə. Oyuna komandamız başladı.
3. Rəşad Sadıqovun cərimə zərbəsindən sonra top künc zərbəsinə çıxsa da, bundan istifadə edə bilmədik.
6. Rauf təkbətək çıxsa da, ofsayd qeydə alındığından hakimin fiti səslənir.
8. Hesabı açmaq üçün ilk real qol imkanını qazandıq. Künc zərbəsindən sonra rəqib 2 dəfə topu qapı xəttindən çıxarır. Bunun birində Raufun zərbəsinin qarşısı əllə alınsa da, hakim penalti təyin etmir. Hücumçunuz haqlı olaraq buna narazılıq edir.
10. Əfranın sağ cinahdan təhlükəli ötürməsinin qarşısını rəqib qapıçı topu tutmaqla alır.
14. Adamiyanın zərbəsi qapının yanından keçir.
18. İsmayılovun sağ cinahdan zərbəsi qapının üstündən keçir.
22. Ağdamlılar tam üstünlüyə malikdir, rəqib meydanın mərkəzini keçməkdə çətinlik çəkir, qol yetişir.
23. Hakim havanın isti olmasını nəzərə alaraq, 1 dəqiqəlik oyunu dayandırdı. Futbolçular meydanın kənarında su içdilər.
26. Vüqarın zərbəsi qapı dirəyinin lap yanından keçdi. Ardından Aqollinin zərbəsi təhlükəli alınsa da, yenə qapıya düşmədi.
30. Oyunda ilk sarı vərəqəni rəqib futbolçu Gert Hansen Nadirova qarşı kobudluğa görə alır.
31. Sadıqovun yerinə yetirdiyi cərimə zərbəsindən Əliyev başla topa toxunsa da, qapıya düşmədi.
33. Rauf cərimə meydanında qapıya zərbə vurarkən Alekslə mübarizədə zədə alsa da, xoşbəxtlikdən bu, ciddi olmadı. Qonaq futbolçuya isə həkimlər meydana çıxmaqla, tibbi yardım göstərdilər.
36. 2-ci real qol imkanımız. Qapıçı Əfranın sağ cinahdan zərbəsini qaytararaq, onu Adamiyanın qabağına atdı. Ancaq Georgi yaxın məsafədən topu qapının üstündən vurdu.
43. Rəqibin fasiləyə az qalmış qapıya zərbəsi çox aralı keçir.
44. Əfranın zərbəsindən sonra qapıçın qaytardığı topu Rauf tora qovuşdurdu. Ancaq hakim hücumçumuzun ofsaydda olduğuna görə qolu saymır.
45. İlk hissəyə 2 dəqiqə əlavə olunur.
45+2. Hakim ilk hissnin bitdiyini elan edir. Komandalar fasiləyə qolsuz yollanırlar.
46. 2-ci hissəyə qonaqlar başladılar.
48. Adamiya Aqollinin sol cinahdan uzun ötürməsindən sonra topu yaxşı qəbul edərək, yaxın məsafədən qapıya zərbə vurur. Ancaq rəqib qapıçı topu tutur.
50. Torqard bu dəfə Nadirovun sol cinahdan cərimə meydanına ötürməsindən sonra topu tuta bilir.
56. Adamiyanın zərbəsi bu dəfə qapının yanından keçdi.
58. Vüqarın sol cinahdan təhlükəli ötürməsinə yetişən olmadı.
66. Oyunda 2-ci vərəqini də rəqibə göpstərilir. Bu dəfə kobud oyuna görə Yakobsen cəzalanır.
70. Raufun qapı qarşısına ötrüməsi təhlükəli alınsa da, topu tora göndərən tapılmır.
67. Əfranın qapıya dəqiq zərbəsini qarşısını rəqib futbolçu alır.
68. Hakim yenə isti havaya görə oyuna qısa fasilə verir və futbolçular meydanın mərkəzində su işərək,yorğunluqlarını çıxarırlar.
72. Rəqibin qapıya zərbəsi dirəyin yanından keçir.
74. Komandamızda ilk dəyişiklik edilir. Nadirovun yerinə makedoniyalı yarımmüdafiəçi Nedzipi daxil olur.
76. Nedzipinin uzaqdan zərbəsi dəqiq olmur.
78. Sadıqovun cərimə zərbəsindən sonra qapıya vurduğu zərbə tirin üstündən keçir.
82. Qonaqların heyətində Niklasenin yerinə Dam çıxır.
87. Komandamız daha bir qol imkanından istifadə edə bilmir. Raufun uzaq küncə zərbəsi azca dəqiq olmur.
89. Qurbanov neydana həmsoyadını buraxır. İlqar Əfranı əvəzləyir.
90. 2-ci hissəyə 3 dəqiqə əlavə olunur.
90+1. Rəqibin təhlükəli aut zərbəsini Pavloviç tuta bildi. Oyuna hesab açılmır və bu nəticə komandamız səfrf etdiyindən, növbəti mərhələyə çıxırıq.

0
0