Arif Əsədov: O, bizdən çox pul istədi
20.07.2011 - 23:01
"Çempionlar Liqasından öncə heyətimizə səviyyəli futbolçular cəlb etmək istədik. Amma onların istədikləri məbləğ bizim büdcəmizlə üst-üstə düşmədi". Bu sözləri apasport.az saytına açıqlamasında Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib. O bildirib ki, Serbiya yığmasının və "Voyvodina" klubunun bir futbolçusu ilə maraqlansalar da, keçid alınmayıb: "Çünki o çox pul istəyirdi".
0
0