Kamran Ağayev: Biz bunu bacaracaq gücdəyik
20.07.2011 - 18:06
“Oyuna çox ciddi hazırlaşmışıq, bizə qələbə lazımdı”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev deyib.
Cənub təmsilçisi sabah doğma meydanda Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Makkabi” ilə cavab oyununa çıxacaq. Bu gün təşkil edilən mətbuat konfransında “ağ-yaşıllar”ın kapitanı bildirib ki, əsas məsələ qol buraxmamaqdır: “Makkabi" yaxşı klubdu. İlk görüşdəisraillilər əsasən bizim səhvlərimizdən yararlandılar. Demək olar ki, ciddi oyun sərgiləmədilər. İndi biz onlara 2 qol vurmalı və buraxmamalıyıq. Biz bunu bacaracaq gücdəyik”.
Xatırladaq ki, “Xəzər Lənkəran” Təl-Əvəvidə baş tutan ilk qarşılaşmada 1:3 hesabı ilə uduzub.

0
0