“Qarabağ” millimizdən güclüdür?
20.07.2011 - 22:31
"İlk görüş 1:1 hesabı ilə başa çatdı. "Qarabağ" çox texnikalı və baxımlı oyun nümayiş etdirir. Ancaq bizim də şanslarımız davam edir". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Qarabağ"la oyundan öncə təşkil olunmuş mətbuat konfransında "Streymur" klubunun baş məşqçisi Hedin Askam deyib.
Askam Bakıya itki ilə gəlmələrindən gileylənib: "Təəssüf ki, Bakıya 2 itki ilə gəlmişik. Kapitan və əsas müdafiəçimiz yoxdur. Lakin qələbə qazanmaq üçün komanda şəklində oynamalıyıq. "Qarabağ"ın Azərbaycan millisindən güclü olması ilə bağlı daha əvvəl verdiyim müsahibəyə gəldikdə isə bu fikrimdə qalıram. Həqiqətən də "Qarabağ" Azərbaycan millisindən daha güclüdür. "Qarabağ" bunu ilk oyunda da sübut etdi".

0
0