Uinston Parksın qolu yetərli olmadı
20.07.2011 - 23:00
Yeni mövsüm hazırlıqlarını Sloveniyada davam etdirən paytaxtın "Bakı" klubu növbəti yoldaşlıq görüşü keçirib. Apasport.az saytının görə, "zolaqlılar" bu dəfə Sloveniya birinci liqa təmsilçisi "Radomlje" ilə qarşılaşıb.
"Sportni Park Roqaska" stadionunda baş tutan görüşdə hesabı Aleksandr Starkovun komandası açıb. "Bakı"nın "Xəzər Lənkəran"dan transfer etdiyi Uinston Parks matçın 51-ci dəqiqəsində fərqlənərək, komandasını hesabda irəli çıxarıb. Lakin matçın sonuna 10 dəqiqə qalmış rəqib hesaba tarazlıq gətirib - 1:1.
Qeyd edək ki, "Bakı" bu gün Türkiyənin Superliqa təmsilçisi "Karabük Karademirspor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

0
0