Yenə penaltilər seriyası
21.07.2011 - 08:19
Argentinada keçirilən Amerika kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalın 2-ci iştirakçısı Paraqvayla Venesuela arasında oyunda müəyyənləşib. 1/4 finalda Braziliyanı rüsvay edən paraqvaylılar bu dəfə də penaltilər seriyasında qalib gəlib. Əsas və əlavə vaxtında qol qeydə alınmayan görüş sonrası seriya 5:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, iyulun 23-də III yer uğrunda matçda Peru və Venesuela, ertəsi gün baş tutacaq finalda isə Uruqvayla Paraqvay qarşıalşacaq.
Qeyd edək ki, iyulun 23-də III yer uğrunda matçda Peru və Venesuela, ertəsi gün baş tutacaq finalda isə Uruqvayla Paraqvay qarşıalşacaq.
0
0