Talıbov Azərbaycan milli komandasında
21.07.2011 - 09:05
İyulun 18-dən etibarən Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət edilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Tolyatti şəhərini təmsil edən "Akademiya Konoplyova" klubunun oyunçusu Vəkil Talıbov iyulun 20-dən etibarən millinin hazırlığında iştirak edir.
Qeyd edək ki, U-17 iyulun 22-də və 25-də Minsk şəhərində belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.
Mənbə: affa.az
Qeyd edək ki, U-17 iyulun 22-də və 25-də Minsk şəhərində belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.
Mənbə: affa.az
0
0