Berti Foqts köməkçisini Lənkərana göndərdi
21.07.2011 - 09:09
Berti Foqts köməkçisini Lənkərana göndərdi
Yığmanın məşqçiləri klublarımızın oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqtsun tapşırığı ilə milli komandanın məşqçisi Faiq Əzizov UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək "Xəzər Lənkəran" - "Makkabi" (İsrail) matçını izləyəcək. 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Bernard Lippert isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Streymur" (Farer adaları) oyununu izləyəcək.

Mənbə: affa.az