“Onlar meydanda qıc olmuşdular”
21.07.2011 - 17:52
“Oyundan çox emosiyalar, ıkili hisslərim qalıb. Belə oyunda uduzmamalı idik. Təəssüf ki, nəticəyə təsir edən bir çox amillər var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev deyib.
Rusiyanın “Daqdizel” klubunun baş məşqçisi II divizionun 13-cü turunun Stavropol “Dinamo”suna 0:1 hesablı məğlubiyyətə şərh verib: “Nədənsə bu amillər tez-tez bizim oyunlara təsir edir. Armavirlilərlə matçda da belə olmuşdu, indi də belə oldu. Amma nə etmək olar? Deməli, hələ çalışmalıyıq, futbolçularımız onlar üçün etdiklərimizi tam dərk etmirlər. Heç-heçəlik oyun idi. Lakin hakim... Penalti... Deməli, rəqibə qələbə daha çox lazım idi”.
Ağayev heyətdəki itkilərdən şikayətlənib: “Əsas heyətin cəmi 5 futbolçusu oynayırdı. Bundan əlavə iynə gücünə meydana çıxan Ruslan Əliyevlə Əhməd Qurbanov da var idi. Əvvəlki oyunlarda oynamayanlar, adı heç protokola düşməyənlər meydana çıxıb qıc olmuşdular. İndi komandaya 3 günlük istirahət vermişik. İyulun 24-də yığışırıq, 3 gün məşq edib Tuapseyə yollanacağıq. Orada 12 günlük toplanışımız keçiriləcək. Bu müddətdə heyəti gücləndirəcəyik. Haybullayevin keçidini həll etmişik. Dha 2 oyunçu gəlməlidir və 3 gənci götürəcəyəm”.

0
0