“Bakı” Jabanı satır
21.07.2011 - 23:01
“Bakı” klubu ilə braziliyalı hücumçu Jaba arasında qalmaqal bitmək bilmir. Apasport.az saytının məlumatına görə, futbolçu hazırda Sloveniyda olan komandaya cəlb olunmayıb.
Jaba komandaya Qyoko Haciyevskinin dönəmində dəvət olunub. Türkiyəli baş məşqçi Bülənt Korkmazın vaxtında da əsas qol silahı sayılan bəstəboy futbolçu Aleksandr Starkovun gəlişindən sonra əsas heyətdə yerini itirib. Starkov onu birdəfəlik komandadan uzaqlaşdırmaq istəsə də, "Bakı" rəhbərliyi Jaba haqqında başqa fikirdədir.
Belə ki, təcrübəli futbolçunun hələ "Bakı" ilə bir illik müqaviləsi qüvvədədir. Odur ki, rəhbərlik "sambaçı"nı havayı buraxmaq istəmir. Onlar Jabanı başqa kluba satmaqla gəlir əldə etmək niyyətində olsalar da, hələ ki, futbolçu üçün konkret dəvət göndərən yoxdur.
Qeyd edək ki, Jaba vaxtilə "Bakı"nın ən yüksəködənişli futbolçularından sayılıb. O, paytaxt klubunun heyətində Azərbaycan kubokunu qazanıb.

0
0