Millimizin sabiq futbolçusu karyerasını bitirdi
21.07.2011 - 23:02
Azərbaycan milli komandasının daha bir sabiq futbolçusu karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, Ruslan Qafitullin 32 yaşında peşəkar karyerasına son qoyub.
O bildirib ki, "Abşeron" dağıldıqdan sonra klubsuz qalıb və bu addımı atmağa məcbur olub: "Sonuncu dəfə Abşeronda çıxış etmişəm. Bu klub fəaliyyətini dayandırdı. Konkret dəvət gəlmədiyinə görə, peşəkar futbolla uzaqlaşmaq qərarını verdim".
Qafitullin hər hansı bir klubdan uşaq məşqçisi kimi çalışmaq dəvəti almadığını söyləyib: "Mənə belə bir dəvət də gəlməyib. Amma özüm futbol sahəsində qalıb fəaliyyət göstərmək istəyirəm. Yəqin ki, gələcəkdə bu tip dəvətlər mənim də ünvanıma gələcək".
Qeyd edək ki, Qafitullin "Neftçi"də çıxış edən zaman bir müddət milli komandaya da dəvət alıb. Veteran müdafiəçi "Neftçi"dən başqa, "Qarabağ", "Karvan", "Standard" və "Muğan"dakı oyunları ilə də azarkeşlərə tanışdır.

0
0