Qurban Qurbanov: Mən belə alqışlanacağımı gözləmirdim
21.07.2011 - 22:34
Qurban Qurbanov: Mən belə alqışlanacağımı gözləmirdim
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın II təsnifat mərhələsində Farer adalarının “Streymur” klubu ilə cavab oyunu sonra mətbuat konfransına alqışlar altında daxil olub. Apasport.az saytının məlumatına görə, avrokuboklarda ardıcıl 3-cü mövsümdür ən layiqli təmsilçimiz məhz Qurbanovun komandasıdır və indi yeganə təmsilçimiz olmağı uğurunun əhəmiyyətini daha da artırır. Düzdür, Farer adaları təmsilçisini evdə qalib gələcəyimizi gözləyirdik. Elə “Qarabağ”ın gənc çalışdırıcısı da jurnalistlərin ona bu nəticədən (0:0) sonra alqışladıqlarına görə minnətdarlıq edib: “Mən bunu gözləmirdim. Daha yaxşı oynayıb, qələbəmizi gözlədiyimizi bilirəm. Ancaq əsas məqsədimiz “Streymur”u keçmək idik və buna nail olduq. Səfərlə müqayisədə Bakıda bizi daha çətin oyun gözlədiyimi söyləmişdim və belə də oldu”.

Farer adalarındakı görüşdə son saniyələrdə autdan sonra qol buraxmaqla, qələbəni əldən verdik (1:1). Bakıda da oyunun uzatmaq dəqiqələrində belə epizod oldu: “Həmin anda aut olanda, bunun qapının qolla nəticələnəcəyini düşündük. Ancaq xoşbəxtlikdən bu dəfə belə top buraxmadıq. “Streumur” rəqibin əsəbləri ilə oynaya bilən möhkəm komandadır. Futbolçularımız bu gün belə oynayan komandaya qarşı isti havada oynamaqla, yoruldular. Onlara sona kimi dözdüklərinə görə minnətdaram”.