“Qarabağ”la oyunlarda heç-heçəni bizim üçün yaxşı nəticə sayıram”
21.07.2011 - 22:56
“Qarabağ”la oyunlarda heç-heçəni bizim üçün yaxşı nəticə sayıram”
“Bakıdakı isti çox dəhşətli idi. Biz səfər oyununda yalnız standart vəziyyətlərə bel bağlayırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın Avroliqanın II təsnifat mərhələsində mübarizəni dayandırdığı Farer adalarının “Streymur” klubunun baş məşqçisi Hedin Askam deyib. Evdə komandamızla 1:1 hesablı bərabərlik edən “cıirtdan ölkə”nin təmsilçisi Bakıda da heç-heçə etsə də (0:0), öz meydanında buraxdığı qola görə çıxışını dayandırdı.

Askam rəqibin yaxşı komanda olduğunu və növbəti mərhələyə layiqli çıxdığını bildirib: “Biz bacardığımız kimi oynadıq. Ancaq bu, bizə mərhələ keçmək üçün yetərli olmadı. Şansımızı dəyərləndirə bilmədik. “Qarabağ” kimi yaxşı komanda ilə hər 2 oyunda bərabərliyi bizim üçün yaxşı nəticə sayıram”.

Rəqib çalışdırıcı “Qarabağ”ın Avroliqada əvvəlki və növbəti rəqibi haqda danışıb: “Açığı, biz Litvanın “Banqa” klubu ilə görüşmək istəyirdik. Çünki bu, bizim üçün daha münasib rəqib idi. “Qarabağ”ı Belçikanın “Brügge” ilı sınaq gözləyir və bu çətin görüşdə şanslarınızın olduğunu deyə bilərəm. Komandanızdan 22 nömrəli altında oynayan futbolçunu bəyəndim”.

Qeyd edək ki, “Qarabağ”da 22 nömrədə sağ cinah yarımmüdafiəçisi Əfran İsmayılov oynayır.