Azarkeşlər “Fənərbaxça” – “Şaxtyor” oyununu yarımçıq dayandırdılar - FOTO
22.07.2011 - 09:50
“Fənərbaxça” və Donetskin “Şaxtyor” klubları arasında yoldaşlıq görüşü başa çatdırılmayıb. Apasport.az saytının məlumatına görə, “Şükrü Saracoğlu” stadionunda keçirilən oyun 67-ci dəqiqədə hesab 0:0 olarkən azarkeşlərin qarışıqlılığı üzündən yarımçıq dayandırılıb. Matçı idarə edən türkiyəli FİFA hakimi Fırat Aydınus oyunun gedişində bir neçə dəfə fitini səsləndirərək, mübarizəni dayandırıb, sona 23 dəqiqə qalmış isə komandaları birdəfəlik meydandan çıxarıb. Stadionun işçiləri meydana axışan kütlənin qarşısını ala bilməsələr də, futbolçular paltardəyişmə otağına özlərini çatdırmağa imkan tapıblar.
Oyundan sonra arenadakı mətbuat lojası türkiyəli azarkeşlərin təşkilatlanmış hücumuna məruz qalıb. Bununla da yerli fanatlar “Fənərbaxça”nın rəhbərliyinə qarşı sanksiyalar narazılıqlarını nümayiş etdiriblər. Azarkeşlərin əşya, qəpik “yağışı”na oyunda iştirak edən ukraynalı jurnalistlər düşüblər. Stadionun təhlükəsizlik əməkdaşları həm yerli, həm də ukraynalı jurnalistləri tribunalardan çıxarmağa müvəffəq olublar. Jurnalistlər oyunu kafedə televizora izləməli olublar. Azarkeşlər fotoqrafların da üzərinə qəpik atıblar və onları da meydandan çıxara biliblər. İnsident zamanı “Yunion” telekanalının jurnalisti xəsarət alıblar. O, əlindən yaralanıb.
Qeyd edək ki, Türkiyəli futbolunda danışılmış oyunlara görə əsas şübhəli şəxslərdən olan “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım həbs olunub.

0
0