Avrokuboklar tariximizdə hələ belə şey olmamışdı...
22.07.2011 - 10:56
Bu həftə Azərbaycan klublarının avrokuboklarda keçirdiyi oyunlar futbol tariximizə düşdü. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin Çempionlar Liqasında, “Xəzər Lənkəran”la “Qarabağ”ın evdəki cavab görüşlərinin hamısı eyni hesabla nəticələndi – 0:0. 1994-cü ildən başlayan avrokubok tariximizdə hələ belə şey olmamışdı.
Komandalarımız öz qapılarından top buraxmamağı nə qədər yaxşı hal olsa da, özlərinin də qol vura bilməməyi bir o qədər üzücüdür. Nəticədə “Neftçi” ilə “Xəzər Lənkəran” mübarizəni dayandırsa da, “Qarabağ" Farer adalarının “Streymur” klubuna səfərdə (1:1) vurduğu qol hesabına mərhələ adladı.
Ümumiyyətlə, avrokubokların cari mövsümündə 10 oyunda 11 qol vurmuşuq. Bunun isə 8-i “Qarabağ”ın payına düşür. Ağdamlılar I mərhələdə Litvanın “Banqa” klubuna 2 oyuna 7 cavabsız qol vurdu. AZAL-ın “Minsk” klubuna ilə oyunlarda uğursuzluğa düçar olsa da, onun digərlərindən fərqləndirən məqam da var. Məsələ ondadır ki, indiyə kimi yalnız “təyyarəçilər” rəqibə hər 2 oyuna qol vura bildi. Hətta 3 ildir avrokuboklarda ən layiqli təmsilçimiz olan “Qarabağ” “cırtdan ölkə”nin təmsilçisi ilə görüşdə buna nail ola bilmədi.
Əvəzində “Qarabağ” cari mövsümdə az qol buraxan komanda olmağı ilə öyünə bilər. Bu, 4 oyuna cəmi 1 qoldur. Mübarizəni elə ilk mərhələdə dayandıran “Neftçi”, “Xəzər Lənkəran” və AZAL klubları 2 oyuna hərəyə 3 qol buraxdılar.
Qeyd edək ki, avrokubokların cari mövsümündə ən çox qol vuran futbolçularımız “Qarabağ”ın və milli komandamızın üzvləri Rəşad Sadiqovla Vüqar Nadirovdur. Yarımmüdafiəçilər hərəyə 2 qol vurublar.
Mehman SÜLEYMANOV

0
0