Mirça Rednik istefaya göndərildi
22.07.2011 - 11:44
Mirça Rednikin “Xəzər Lənkəran” klubunun baş məşqçisi kimi fəaliyyəti başa çatıb. Apasport.az saytının məlumatına görə, ötən yay bu posta gətirilən 49 yaşlı rumıniyalı mütəxəssis Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə cavab oyunundan sonra istefaya göndərilib. Buna səbəb Lənkəran təmsilçisinin avrokuboklarda mübarizəni dayandırmağı və Rednikin gətirdiyi legionerlərlə birgə fayda verməməyi olub. “Xəəzr Lənkəran” bundan sonra heyətlə bağlı radikal qərarlar çıxaraq, legioner və bir sıra yerli futbolçularla yollarını ayırıb. Rednik ötən gecə ölkəmizi tərk edərək, İstanbula, oradan da evinə yollanıb. Cənub klubu onun rəhbərliyi altında çempionatımızın gümüş medalı və ölkə kubokunu qazanıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Makkabi” ilə səfərdəki oyunda 1:3 hesabı ilə uduzdu, Lənkərandakı görüşdə qolsuz bərabərlik etdi.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Makkabi” ilə səfərdəki oyunda 1:3 hesabı ilə uduzdu, Lənkərandakı görüşdə qolsuz bərabərlik etdi.
0
0