“Neftçi” Kakanın həkiminə ehtiyac duydu
22.07.2011 - 11:57
“Neftçi” Kakanın həkiminə ehtiyac duydu
“Neftçi”nın yarımmüdafiəçisi Rodriqinyo bu gün vətəninə yola düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı futbolçu sol dizinin ön çarpaz bağının tam qopması, xarici yan bağın tam qırılması və arxa çarpaz bağın qismən qırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu prosesi məşhur həmyerlisi – İspaniyanın “Real” (Madrid) klubunun ulduz futbolçusu Kakanı əməliyyat edən professor yerinə yetirəcək. Əməliyyat San Paolo klinikalarından birində reallaşacaq.

Qeyd edək ki, Rodriqinyo iyulun 19-da keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb “Dinamo”su ilə cavab görüşünün artıq 6-cı dəqiqəsində rəqibin bilərəkdən kobud oyunu nəticəsində zədələnərək, meydançanı tərk etmək məcburiyyətində qalmışdı.