Yığmamız Gürcüstanla qarşılaşacaq
22.07.2011 - 12:19
Yığmamız Gürcüstanla qarşılaşacaq
17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan milli komandası 2 yoxlama görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri Gürcüstan yığması ilə qarşılaşacaqlar.

“Dalğa Arena”da baş tutacaq ilk görüş iyulun 23-nə təsadüf edəcək. Növbəti oyun isə bundan 2 gün sonra təşkil olunacaq.

Hər iki matç saat 19:00-da başlayacaq.

Mənbə: affa.az