Mirça Rednikin “qırxı çıxdı”
22.07.2011 - 12:59
“Xəzər Lənkəran” klubunun baş məşqçi postundan ayrılan Mirça Rednik komandanı yubileylə tərk edib. Apasport.az saytının məlumatına görə, Avroliqanın II təsnifat mərhələsinin İsrail “Makkabi”si ilə qarşılaşması rumıniyalının iş başında sonuncu, həm də 40-cı görüşü oldu. 3 müxtəlif yarışda Lənkəran təmsilçisinə rəhbərlik edən Rednik 19 qələbə, 15 heç-heçə, 6 məğlubiyyət və qazandığı Azərbaycan kuboku titulu ilə vətəninə qayıdır.
Çempionat | 32 | 16 | 12 | 4 | 38-18 | 60 |
|---|---|---|---|---|---|---|
Kubok | 6 | 3 | 2 | 1 | 11-8 | 11 |
Avropa Liqası | 2 | 0 | 1 | 1 | 1-3 | 1 |
Cəmi | 40 | 19 | 15 | 6 | 50-29 | 72 |
0
0