Arzuolunmaz hesab və ya “Xəzər Lənkəran” yenə eyni nəticədə “ilişdi”
22.07.2011 - 13:15
“Xəzər Lənkəran” klubu 7 illik tarixində 2-ci dəfə avrokuboklarda eyni hesabda “ilişdi”. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi yenə səfərdə 1:3 hesabı ilə uduzduğu rəqibi ilə cavab görüşündən sonra qitə miqyaslı turnirində mübarizəni dayandırdı.
Cənub təmsilçisi 2005-ci ilin iyulunda avrokuboklarda debüt oyununda da 1:3 hesabı ilə yenilmişdi. Bu, Moldovanın “Nistru” klubu ilə UEFA kubokunda görüş idi. Onda türkiyəli Rasim Karanın baş məşqçisi olduğu “Xəzər Lənkəran” Kişinyovda 3 top buraxmış, yeganə qolunun müəllifi hücumçu Zaur Ramazanov oldu. Ataki şəhərini təmsil edən komandaya Bakıda qalib gələcəyimizə böyük ümidlər vardı. Ancaq həmin mövsümün gümüş medalçısı olan cənub təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda da uduzdu – 1:2. Yenə komandamızdan hücumçu, həmin vaxt kapitan olan Samir Əliyev fərqləndi.
Lənkəran klubunun 1:3 hesabı uduzduğu 2-ci sınağında da baş məşqçisi əcnəbi idi. Bu dəfə rumıniyalı Mirça Rednikin çalışdırdığı komanda Təl-Əviv “Makkabi”si ilə Lənkərandakı cavab görüşündə qolsuz bərabərliyə qaldı.
Əslində “Qarabağ” da Avroliqanın II təsnifat mərhələsində səfərdən tanış hesabla qayıtmışdı. Yəni Farer adalarının “Streymur” klubu ilə 1:1 hesablı bərabərlik ağdamlıların əvvəl də avrokubok görüşündə olub. Bu, “Xəzər Lənkəran”dan sonrakı mövsümdə - 2006-cı ildə olub.
Həmin vaxt Azərbaycan kubokunun qalibi olan “Qarabağ” UEFA kubokunda Moldova sınağı ilə üzləşdi. Böyükağa Ağayevin çalışdırdığı ağdamlıların “Zimbru” klubu ilə Kişinyovdakı görüşü 1:1 hesabı ilə nəticələndi. Komandamızın hücumçusu Samir Musayevin Moldova paytaxtında vurduğu qol mərhələ keçmək şansımızı artırırdı. Həmin vaxt “Qarabağ”ın bombardiri olan Musayev “Şəfa” stadionundakı cavab görüşündə də hesabı açdı. Ancaq yenə oyun 1:1 hesabı ilə nəticələndi və əlavə 30 dəqiqədə qol buraxan Ağdam təmsilçisi uduzaraq (1:2), mübarizəni dayandırdı.
Ancaq göründüyü kimi, “Qarabağ” ona düşərli olmayan 1:1 hesabında “ilişmədi”. Qurban Qurbanovun çalışdırdığı komandamızın “Streymur”la Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşündə etdiyi qolsuz bərabərlik mərhələ keçmək üçün yetərli oldu.
Qeyd edək ki, “Qarabağ”ın avrokuboklarda debütündə - 1996-cı ildə Kuboklar Kubokunda Finlandiyanın “MüPA-47” klubu, “Xəzər Lənkəran”ın bundan 11 il sonra Çempionlar Liqasında siftəsini etdiyi Zaqreb “Dinamo”su ilə səfər oyunu da indiki hesabla nəticələnib. Ancaq fərq ondadır ki, 1:1 və 1:3 hesabları ilə yekunlaşan həmin matçlar ilk yox, cavab görüşləri olub.
Mehman SÜLEYMANOV

0
0