Farer adalarından olan məşqçi bizimlə sülhsevərliyi qorusa da...
22.07.2011 - 14:01
“Qarabağ”ın Avroliqada mübarizədən kənarlaşdığı Farer adalarının “Streymur” klubunun baş məşqçisi Hedin Askam Azərbaycan komandaları ilə görüşlərdə sülhsevərliyini nümayiş etdirir. Apasport.az saytının məlumatına görə, ölkəsinin gənc çalışdırıcısı təmsilçilərimizlə hər 3 oyunda bərabərliyə qalıb. Bu, “Qarabağ”la oyuna qədər yığma səviyyəsində olub.
Onda Askam - Uilyam Makleud Yakobsen məşqçi duetini təşkil etdiyi Farer adalarının 21 yaşlılardan ibarət yığma komandası (U-21) Bakıya səfər etdi. Azərbaycanın U-21-i ilə Avro-2009 seçmə mərhələsi çərçivəsində 2008-ci ilin sentyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda görüş 2:2 hesablı bərabərliklə nəticələndi. “Qarabağ”ın futbolçulardan Maksim Medvedev, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov 3 il öncə yığmamızın heyətində olub. Düzdür, Vüqar həmin vaxt “Karvan”ınm futbolçusu idi və oyunda son dəqiqələrdə qaçırdığı penalti zərbəsi ilə qələbə şansımızı əldən verdi.
Askam “Srteymur”un baş məşqçisi kimi “Qarabağ”la hər 2 oyunda heç-heçə etdi. Bunlar evdə 1:1, səfərdə 0:0 hesablı nəticələr idi. Məşqçi bizimlə oyunlarda məğlubedilməz olsa da, Ağdam klubu ilə görüşdən qalib ayrıla bilmədi. Çünki qaydaya görə, kubokda 2 oyunun nəticəsinə görə vurulan toplar bərabər olarsa, səfərdə daha çox qol vuran komanda növbəti mərhələyə çıxır. Raufun Farer adalarında vurduğu qol Askamın bu dəfə ölkəmizi məyus tərk etməsinə gətirib çıxardı.
Mehman SÜLEYMANOV

0
0