“Qarabağ” üçün şimali irlandiyalı
22.07.2011 - 14:39
“Qarabağ” üçün şimali irlandiyalı
Avroliqanın III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Brugge” (Belçika) – “Qarabağ” (Azərbaycan) görüşünü idarə edəcək baş hakimin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 28-də səfərdə baş tutacaq ilk qarşılaşmada ədaləti Şimali İrlandiyadan olan hakimlər briqadası qoruyacaq.

Görüşdə əsas söz sahibi Arnold Hanter olacaq. Amma onun köməkçiləri hələlik müəyyənləşməyib.

Qeyd edək ki, “Brügge” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.