“Legioner həyatı yaşayan futbolçuya Azərbaycanda hörmət etmirlər”
22.07.2011 - 23:01
Ağdamın "Qarabağ" klubunun yarımmüdafiəçisi İlqar Quranovun apasport.az saytına müsahibəsi.
- Avropa Liqasının ikinci təsnifat mərhələsində "Streymur"la keçirilən cavab oyunu barədə nə deyə bilərsiniz?
- "Streymur"u zəif saysalar da, biz bunu hiss etmədik. Komanda bizə qarşı yaxşı təsir bağışladı, hətta hesabı da açmağa yaxın oldular. Hava şəraiti çox pis idi. Oynamaq üçün belə hava çox əlverişsizdir. Ehtiyat oyunçular skamiyasında otura-otura istiyə dözə bilmirdim, gör meydançadakılar nə əziyyət çəkirdi... Bütün bunların sonunda mərhələ keçdiyimizə görə şadam. Azərbaycan xalqına sevinc bəxş etmək bizim üçün xoşbəxtlikdir.
- “Qarabağ” ötən il olduğu kimi Avropa meydanlarında tək qaldınız. Sizcə, uğurlu çıxışınızın davamı gələcəkmi?
- Çox təəssüf ki, digər komandalarımız mübarizəni dayandırdılar. Halbuki şəxsən mən bir azarkeş kimi avrokuboklara vəsiqə qazanan komandalarımızın mərhələlər adlamasını istəyirdim. Bu, Azərbaycan futbolunun Avropada imic qazanmasına səbəb olacaqdı. Lakin "Qarabağ" bu meydanda tək qaldı. Əgər xalqımız yenə bizim arxamızda dursa, 3-cü mərhələni də adlayacağıq.
- "Qarabağ" mərhələ adlasa da, keçmiş klubunuz "Xəzər Lənkəran" potensialından aşağı səviyyədə çıxış etdi. Sizcə, "Makkabi" ilə görüşlərdəki uğursuzluğa səbəb nədir?
- Mən "Xəzər Lənkəran"a görə çox məyusam. Lənkəranda futbol oynadığımdan millətin bu idman növü ilə nəfəs aldığımı bilirəm. Klub rəhbəri Mübariz Mənsimov bu bölgədə, eyni zamanda Azərbaycanda futbolun inkişafı naminə işlər həyata keçirir. Bilirəm ki, uğursuzluq həm azarkeşlərə, həm də Mübariz Mənsimova çox pis təsir edir. Keçmiş klubumun uğursuz çıxışının səbəbini indi izah etməyə çətinlik çəkirəm.
- "Qarabağ"a böyük ümidlərlə transfer olunsanız da, nədənsə çox az oyunlarda meydançaya çıxırsınız. Az-az görünməyinizi nə ilə izah edərdiniz?
- "Qarabağ"da oynamaq mənim üçün böyük şərəfdir. Çünki bu klub işğal altında olan Ağdamı təmsil edir. Eyni zamanda, "Qarabağ"da futbola peşəkar münasibət var. Odur ki, futbolçular arasında da sağlam mübarizə mövcuddur. İstəyirəm ki, bu mübarizədən qalib ayrılıb, əsas heyətdə möhkəmlənim. Baş məşqçi Qurban Qurbanovdan şans gözləyirəm. Bilirəm ki, o bunu mənə verəcək.
- Keçmiş klublarınızın baş məşqçilərinə oynamadığınıza görə kəskin etirazınızı bildirirdiniz. "Qarabağ"da da belə edirsiniz?
- Düzdür, oynamadığıma görə həmişə etiraz etmişəm. Danışanda da, adımı çıxardılar ki, İlqar məşqçilərlə yola getmir. İnanın, bunu həmişə futbol naminə etmişəm. Qurban Qurbanovu isə başqa məşqçilərdən fərqləndirən cəhətlər var. Bir növ ona güvənirəm. Qurbanov bilən məsləhətdir, nə vaxt şans versə, çıxıb mübarizə aparmağa hazıram.
- Siz zədəli olanda belə, ölkə xarici klublarından dəvət alırsınız. İndi də belə dəvətlər varmı?
- Futbolçuya dəvətlərin gəlməsi normal haldır. Amma indi mən bu barədə qətiyyən düşünmürəm. Çünki "Qarabağ" klubunun futbolçusuyam və hələ qüvvədə olan 1 illik müqaviləm var. Yaxın gələcəkdəki bütün planlarım "Qarabağ"la bağlıdır. İnşallah, bunları həyata keçirməyə gücüm çatacaq. Ancaq "Qarabağ"da qalıb özümü bir daha sübut etmək barədə fikirləşirəm.
- Həmişə milli komandanın formasını geyinməyə can atmısınız. Sizcə, belə az-az oynamaqla Berti Foqtsdan dəvət alacaqsınız?
- Mən 16 yaşımdan milli komandanın formasını geyinmişəm. Meydançaya çıxdığım oyunlarda nəyə qadir olduğumu həmişə göstərmişəm. Orada çıxış edənlərdən heç bir cəhətə görə zəif deyiləm. Sadəcə, məşqçilər korpusu mənə ehtiyac duymurlar. Əgər, dəvət gələrsə, yenidən bu formanı qürurla daşıyaram.
- Ölkə xaricində bir çox klubun formasını geyinmisiniz. İndi sizin qohumunuz Vaqif Cavadov eyni yolla gedir. Rusiyanın "Volqa" klubunun şərəfini qoruyan həmkarınıza hansı məsləhətləri verə bilərsiniz?
- Vaqifə hər zaman məsləhət verib, dəstək olmuşam. Bir söz demək istəyirəm. Əgər futbolçu legioner həyatı yaşayırsa, ona Azərbaycanda hörmət etmirlər. Bu, mənim şəxsi qənaətimdir. Azərbaycanı onun hüdudlarından kənarda ən çox təmsil edən futbolçulardan biriyəm. Bunun qarşılığında heç bir hörmət görməmişəm. Ona görə də Azərbaycanda qalıb oynamaq istəyirəm. İndi Vaqif fəxr olunası bir addım ataraq, Rusiyaya yollanıb. Hamımız ona dəstək verməliyik.

0
0