Azərbaycan klubları səfər qolundan yararlanır
22.07.2011 - 23:10
Azərbaycan klubları səfər qolundan yararlanır
Avrokuboklar tarixində 7-ci dəfə Azərbaycan klubunun oynadığı cütün qalibi səfər qolu sayəsində müəyyənləşir. Apasport.az saytının məlumatına görə, Avroliqanın II təsnifat mərhələsində Farer adalarının “Streymur” ilə qarşılaşan “Qarabağ” artıq 2-ci dəfədir rəqibini onun meydanında vurduğu qolun gətirdiyi üstünlük sayəsində keçir.

Ümumiyyətlə indiyədək 7 dəfə Azərbaycan klubu ilə rəqibi bərabərliyə nail olsalar da həlledici amil rolunu səfər matçındakı qol və ya qollar olub. Maraqlıdır ki, 5 dəfə səfər qolu bizimkiləri sevindirib. “Qarabağ” və “Neftçi” 2, “İnter” isə 1 dəfə buna nail olub. “Kəpəz”lə “Xəzər Lənkəran” isə əksinə, öz meydanında buraxdığı qolun əziyyətini çəkiblər.

1999/00
İntertoto
“Makkabi” (H, İsrail)“Qarabağ– 1:2, 1:0
1999/00
Çempionlar Liqası
“Sloqa Yuqomaqnat” (Makedoniya) – “Kəpəz” – 2:1, 0:1
2004/05
Çempionlar Liqası
“Şiroki Briyeq” (Boniya və Herseqovina) – “Neftçi” – 2:1, 0:1
2008/09
İntertoto
“Neftçi” – “Nitra” (Slovakiya) – 2:0, 1:3
2008/09
Çempionlar Liqası
“İnter” – “Rabotniçki” (makedoniya) – 0:0, 1:1
2010/11
Avropa Liqası
“Olimpiya” (Moldova) – “Xəzər Lənkəran” – 0:0, 1:1
2011/12
Avropa Liqası
“Streymur” (Farer adaları) – “Qarabağ” – 1:1, 0:0