“Qara iyul”: əvvəl Ağasəlim Mircavadov, sonra Mirça Rednik
22.07.2011 - 16:00
2004-cü ilin yayında yaradılan “Xəzər Lənkəran” klubunun son 2 baş məşqçisinə avrokuboklarda məğlubiyyət baha başa gəlir. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadov rumıniyalı Mirça Rednik Avroliqada mərhələ keçə bilməyəndən sonra postlarını itiriblər. Özü də milli komandamızın da çalışdırmış Mircavadov 2 dəfə bu aqibətlə üzləşib. Belə ki, 64 yaşlı mütəxəssis 2008-ci ilin iyulun 31-də UEFA kubokunun I təsnifat mərhələsində Polşanın “Lex” klubuna böyük hesabla uduzandan (1:4) sonra vəzifəsindən gedib. Bundan 1 il sonra Lənkəran klubunun sükanı arxasına qayıdan Mircavadov ötən ilin iyulun 8-də Avroliqanın I təsnifat mərhələsində Moldovanın “Olimpiya” klubu ilə Lənkərandakı 1:1 hesablı bərabərlikdən sonra istefa verib.
Elə də Rednik üçün də iyul düşərli olmadı. O, Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə Lənkərandakı qolsuz bərabərlikdən sonra postunu tərk etdi. İsraildə 1:3 hesabı ilə uduzan lənkəranlılar bununla da avrokuboklarda yubiley – 10-cu oyununda qalib gələ bilmədi. “Xəzər Lənkəran” indiyə kimi 5 dəfə avrokuboklarda oynasa da, heç birində mərhələ adlaya bilməyib.
Baş məşqçi vəzifəsini qısa müddət icra edən Hafiz Əliyevlə türkiyəli Şenol Fidanı nəzərə almasaq, Rednik “Xəzər Lənkəran”ın 6-cı çalışdırıcı oldu. Qalan 5 baş məşqçidən Mircavadov kimi Nazim Süleymanovla türkiyəli Rasim Kara da 2 müxtəlif vaxtda komandanın sükanı arxasında olub. “Xəzər Lənkəran”ın ilk baş məşqçisi kimi tarixə düşən Süleymanov 2004/05 mövsümün VII turunda – 2004-cü ilin oktyabrın 24-də “Bakılı” ilə ev oyununda 1:0 hesablı qələbədən sonra istefaya göndərildi. Onu əvəzləyən Kara lənkəranlıların avrokuboklarda ilk baş məşqçisi kimi tarixə düşdü. Ancaq Moldovanın “Nistru” klubu kimi zəif rəqibi keçə bilməsə də, vəzifəsində qaldı. Kara 2005/06 mövsümünün IV turunda – 2005-ci ilin sentyabrın 11-də “İnter”lə səfər oyunundan sonra istefaya göndərildi. Bundan sonra yenidən “Xəzər Lənkəran”ın sükanı arxasına keçən Süleymanov ilk dövrəni başa vura bilmədi. X turda – 2005-ci ilin dekabrın 4-də “Gənclərbirliyi” ilə evdəki qolsuz bərabərlikdən sonra istefaya göndərildi.
Fidan komandanı ilk dövrənin son 3 turuna çıxardı və mövsümün 2-ci yarısında Viktor Pasulkonun dönəmi başladı. Ancaq Moldova yığmasının baş məşqçisi postundan Lənkəran klubuna gələn təcrübəli ukraynalı mütəxəssis yarım ildən sonra qovuldu. Pasulko çempionatda uduzmasa da, ölkə kubokunun yarımfinalında Yevlaxın “Karvan” klubuna səfərdə 0:3 hesabı ilə uduzaraq, turnirdən və avrokuboklardan kənarda qaldı.
Bundan sonra “Xəzər Lənkəran”ın sükanı arxasına keçən Mircavadov debüt mövsümündə “qızıl dubl” etdi və bu, komandanın ilk titulları oldu. Təcrübəli mütəxəssis növbəti mövsümdə “Birlik kuboku”nu və Azərbaycan kubokunu qazandı. Mircavadov istefaya göndəriləndən sonra Kara Lənkəran klubunun sükanı arxasına qayıtsa da, ilk dövrəni başa vura bilməyərək, yenə uğursuzluğa düçar oldu. O, çempionatın startına 1 həftə qalmış atıb getdiyi “Qarabağ”a Lənkəranda 1:3 hesablı məğlubiyyəti həzm edə bilməyərək, istefa verdi.
2009-cu ilin qışında baş məşqçi postuna İqor Ponomaryovu gətirən cənub təmsilçisi onunla da qısa müddət çalışdı. Futbolda yeganə olimpiya çempionumuz mövsüm bitən kimi istefaya göndərildi. Ponomaryovun “Xəzər Lənkəran”ı avrokuboklara çıxara bilməməyi ona bağışlanmadı və ilin sona kimi vitse-prezident postunda yer verildikdən sonra yollar birdəfəlik ayrıldı.
Sözsüz ki, Rednikdən sonra “Xəzər Lənkəran”ın kimi çalışdıracağı maraq doğurur. İndiki vəziyyətdə bu pota əsas namizəd Cüneyt Biçər sayılmalıdır. Yaxında Lənkəran klubunun idman direktoru postuna gətirilən 36 yaşlı türkiyəli mütəxəssis ölkəmizdə baş məşqçi kimi təcrübəyə malikdir. Belə ki, Biçər Bülənt Korkmazın gedişindən sonra “Bakı”nın sükanı arxasına keçərək, 2009/10 mövsümünü titulla başa vurdu. Özü də maraqlıdır ki, Biçər Azərbaycan kubokunun finalında elə “Xəzər Lənkəran” üzərində qələbə qazandı – 2:1. “Xəzər Lənkəran” “Makkabi”yə məğlubiyyətdən sonra strategiyasını dəyişərək, legionerlər və bir sıra yerli futbolçulardan imtina etdi. Gənc yerli futbolçu yetişdirilməsi ilə məşğul olmağı üstün tutan lənkəranlılar üçün bu işdə təcrübəsi olan Biçər ən optimal variant sayıla bilər.
Mehman SÜLEYMANOV

0
0