“Konyaspor” AZAL-a rəqib oldu
22.07.2011 - 16:31
“Konyaspor” AZAL-a rəqib oldu
Türkiyədəki hazırlığını davam etdirən AZAL-ın növbəti rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İran “Fulad”ı ilə heç-heçə edən Elxan Abdullayevin yetirmələri daha 3 görüşdə güclərini yoxlayacaqlar.

Belə ki, AZAL iyulun 27-də Türkiyə Super Liqasında ötən mövsüm 17-ci olaraq, Bank Asiyaya düşən “Konyaspor”la qarşılaşacaq. Bakı klubunun sonuncu rəqibi isə “Antalya Manavqatspor” komandası olacaq. Bu görüş iyulun 29-da oynanılacaq.

Qeyd edək ki, təmsilçilərimiz ikinci yoxlama oyununa bu gün çıxacaq. Rəqib İranın güclülər dəstəsində mübarizə aparan “Şahin” olacaq. Görüş “Patalya Spor Təsisləri”nin meydançasında keçiriləcək.