“Barselona” hücumçusu 12 milyon avroya “Roma”ya transfer olundu
22.07.2011 - 17:37
“Barselona” hücumçusu 12 milyon avroya “Roma”ya transfer olundu
“Roma” “Barselona”nın hücumçusu Boyan Krkiçin transferini həll edib. Apasport.az saytının məlumatına görə, italiyalılar 20 yaşlı ispaniyalı futbolçuya görə 12 milyon avro ödəyiblər.

Lakin buna baxmayarq, “Barselona” 1 ildən sonra Krkiçi 13 milyon avroya geri qaytarmaq hüququnu özündə saxlayıb. Əgər “Roma” onları ispan klubuna buraxmaq istəməsə, onda katalonlara daha 28 milyon avro ödəməlidirlər.

Qeyd edək ki, 2007-2011-ci illərdə “Barselona”da 104 matça çıxan Krkiç 26 qola imza atıb.