“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadionlar püşklə müəyyənləşəcək
22.07.2011 - 17:16
Ağdamın “Qarabağ” klubu növbəti mövsümdə ev oyunlarını hansı stadionda keçirəcəyi püşklə müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Avroliqadakı təmsilçimiz gələn mövsüm üçün 2 arenanı - Tofiq İsmayılov adına Suraxanı qəsəbə və Ağdamdakı Quzanlı Olimpiya İdman Kompleksinin stadionunu sifariş ərizəsində göstərib. Ancaq bu arenada hansı görüşlərin olacağı püşklə dəqiqləşəcək. Bununla bağlı tədbir keçiriləcək və jurnalistlər bu bölgünün şahidi olacaq. Həmin mərasimdə “Qarabağ”ın Suraxanı və Quzanlıda qəbul edəcəyi rəqibləri püşklə müəyyənləşərək, bu, mövsüm başlamamış açıqlanacaq.
Qeyd edək ki, növbəti çempionatımız avqustun 6-da start götürəcək. “Qarabağ” ilk turda “Neftçi”nin qonağı olacaq.
Qeyd edək ki, növbəti çempionatımız avqustun 6-da start götürəcək. “Qarabağ” ilk turda “Neftçi”nin qonağı olacaq.
0
0