Əfsanəvi futbolçunu İbitsa adasında soydular
23.07.2011 - 11:51
Bolqarıstan milli komandasının baş məşqçisi Lotar Matteus xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Almaniya futbolunun əfsanəsi İspaniyanın İbitsa adasında qarətə məruz qalıb.
Belə ki, onun əl çantasını təxminən 2 metr boyu olan cinayətkar əlindən alaraq, qaçıb. Çantada isə kredit kartları, 930 İsveçrə frankına yaxın nağd pul, şəxsiyyət vəsiqəsi və bahalı zinət əşyaları olub. Hadisədən dərhal sonra zərərçəkən polisə məlumat verib. Lakin qanun keşikçiləri bu cinayətə tam ciddiliklə yanaşmayıb və hələ ki, cinayətkar tutulmayıb.
Qeyd edək ki, Matteus İbitsada dostu Martin Kruqun sevgilisi Verena Kertin ad günündə iştirak edib.

0
0