Millimizin sabiq kapitanı: Mən heç vaxt məşqçi olmayacağam
23.07.2011 - 23:02
"Rusiyanın Rostov şəhərindən qayıtmışam. Hal-hazırda Bakıdayam". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və "Xəzər Lənkəran"ın sabiq üzvü Zaur Ramazanov deyib.
Ötən il karyerasını bitirən Ramazanov Rusiya səfərinin məqsədlərindən danışıb. O, bildirib ki, köhnə dostalı ilə görüşmək üçün Rusiyaya gedib:
"Rostov səfərinin bir neçə səbəbi var. Futbolla bağlı bəzi görüşlərdə oldum. Amma bunu dəvət və ya təkliflə əlaqələndirmək olmaz. Köhnə dostlarla görüşüb, istirahət də etdim".
Ramazanov məşqçiliklə bağlı kurslara qatılmaq fikrində deyil. Belə ki, ölkənin tanınmış futbolçusu məşqçi olmayacağını açıq-aşkar bəyan edib: "Məşqçilik kurslarına yazılmaq, onu oxumaq mənlik deyil. Vacib deyil ki, hər karyerasını qurtaran futbolçu məşqçi olsun. Məşqçilik mənlik deyil. "Xəzər Lənkəran"ın və digər klubların heyətindəki oyunumla nəyə qadir olduğumu hamıya göstərmişəm. Yaddaşlardan belə də qalmaq istəyirəm".
"Xəzər Lənkəran"ın heyətində Azərbaycan çempionu olub, ölkə kubokunu başı üzərinə qaldıran Ramazanov "Birlik Kuboku"nun da qalibidir. O, iki dəfə Azərbaycan çempionatının ən sərrast futbolçusu seçilib.

0
0