Mahmud Qurbanov “Kəpəz”də oynamayacaq!
23.07.2011 - 23:06
10 qat Azərbaycan çempionu Mahmud Qurbanovun "Kəpəz"də çıxışı baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, rəhbərlik bu futbolçunun keçidində maraqlı deyil.
Mahmud Qurbanov 1973-cü ildə Gəncədə dünyaya gəlib. Futbolun sirlərini doğma şəhərdə öyrənib, "Kəpəz"lə xeyli uğurlar qazandıqdan sonra paytaxta üz tutub. Artıq futbolla vidalaşmaq barədə düşünən Qurbanov karyerasının son ilini də "Kəpəz"də keçirmək arzusunda idi.
Veteran futbolçu açıqlamalarında bunu dəfələrlə bəyan etmişdi. Klubun baş məşqçisi Mehman Allahverdiyev də Mahmudun xidmətində maraqlı olsa da, rəhbərlik onun "Kəpəz"ə xeyir verə biləcəyinə tam əmin deyil.
Qeyd edək ki, son mövsümü "Bakı"nın heyətində keçirən Mahmud Qurbanov hal-hazırda heç bir komandanın məşqlərinə qatılmır.

0
0