“Kəpəz” ukraynalı hücumçu ilə münasibətləri rəsmiləşdirir
23.07.2011 - 21:22
“Kəpəz” ukraynalı hücumçu ilə münasibətləri rəsmiləşdirir
Elitada mübarizə aparacağı dəqiqləşən "Kəpəz" Ukraynalı hücumçu ilə müqavilə bağlamağa yaxındır. Apasport.az saytının məlumatına görə, 10 günə yaxındır ki, hazırlığlara qatılan ukraynalı Yuri Fomenko məşqçilər korpusunun etimadını qazanıb.

Taran tipli hücumçu olan Yuri 1986-cı ildə anadan olub. 186 sm boya malik futbolçu başla yaxşı oynamağı bacarır. Danışıqların son mərhələsində problem meydana çıxmazsa, futbolçu ilə bir illik müqavilə bağlanacaq. “Kəpəz” hazırda Avropa ölkələrində futbolçu axtarışını davam etdirir.

Qeyd edək ki, ötən mövsümü 9-cu pillədə yekunlaşdıran komanda cari ildə daha yüksək yerlər uğrunda mübarizə aparacağından heyətini gücləndirməkdə davam edir.