Bahodir Nasimov darmadağına sevindi
24.07.2011 - 10:02
Özbəkistan milli komandası DÇ-2014-ün seçmə mərhələsində Qırğızıstan yığması ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Bakının "Neftçi" klubunun futbolçusu Bahodir Nasimovun da forma geyindiyi oyunda özbəklər rəqibi darmadağın ediblər - 4:0.
2010/11 mövsümündə Azərbaycan Premyer Liqasının ikinci ən yaxşı bombardiri olan, lakin uzun müddətdir qol həsrəti yaşayan Nasimov görüşün ikinci hissəsində komandanın kapitanı Sərvər Cəpərovu əvəzləyib. Qollara isə Aleksandr Heynrix (28-ci dəq.), Marat Bikmayev (49-cu dəq.), Sərvər Cəpərov (56-cı dəq.) və Uluqbəy Bakayev (90+2-ci dəq.) imza atıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 28-də baş tutacaq.
Mənbə: neftchifc.com

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0