Ölkə çempionu bir qapıçının əlində qaldı
24.07.2011 - 12:20
Ölkə çempionu bir qapıçının əlində qaldı
ALMANİYA Superkuboku urunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə mükafat “Şalke” klubuna qismət olub. Helzenkirhenlilər Almaniya çempionu “Borussiya” ilə qarşılaşmadan qalib ayrılıblar. Dortmund təmsilçisi qolsuz bitən matçın penaltilər seriyasında uduzub. Ölkə çempionu “Şalke”nin bir qapıçısının əlində qalıb. Belə ki, Helzenkirhen təmsilçisindən ayrılan Almaniya yığmasının qapıçısı Manuel Noyeri əvəzləməli olan Ralf Fermann işinin öhdəsindən layiqincə gəlib. O, 2 penalti qaytarmaqla qələbənin əsas memarı olub – 4:3.