“Bakı” yenə qalib gələ bilmədi
24.07.2011 - 22:05
“Bakı” yenə qalib gələ bilmədi
Sloveniyada təlim-məşq toplanışında olan “Bakı” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Aleksandr Starkovun yetirmələrnin rəqibi Yunanıstan çempionatının bürünc mükafatçısı AEK klubu olub. Bakı vaxtı ilə saat 21:00-da başlayan qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.

Bakılılar görüşə bu heyətlə başlayıblar: 16. Aqil Məmmədov 15. Cəmşid Məhərrəmov 32. Aleksey Savinov 77. Aleksandar Soıiç 6. İbrahim Karqbo 9. Elvin Məmmədov 14. Elvin Əliyev 36. Uinston Parks 22. Maris Verpakovskis 18. Denis İvanovs 7. Deyvidas Çesnauskis. İkinci hissədə Vadim Borets Elvin Məmmədovu, Fabio Luis Ramim Maris Verpakovskini əvəzləyib.

Qeyd edək ki, toplanış çərçivəsində 3-cü yoxlama oyununu keçirən paytaxt təmsilçisi əvvəlki 2 matçda da qalib gələ bilməmişdi. Starkovun yetirmələri yerli “Radomlje” ilə heç-heçə edib (1:1), Türkiyə “Karabükspor”una uduzmuşdu – 0:2.