Uruqvay milli komandası Amerikada tarix yazdı
25.07.2011 - 08:45
Uruqvay milli komandası Amerika kubokunun qalibi olub. Apasport.az saytının məlumatına görə, uruqvaylılar Argentinanın “Monumental” stadionunda keçirilən final oyununda Paraqvay yığmasına böyük hesabla qalib gəlib - 3:0. Komandanın hücumçuları – Luis Suareslə Dieqo Forlan vurduğu qollarla qələbəni təmin ediblər. Suares oyunda hesabı açıb, ardından Forlan dubl edib.
Maraqlıdır ki, Paraqvay yığması turnirdə heç-heçələri sıralayaraq, ¼ və yarımfinalda oyun sonrası penaltilərlə rəqiblərindən üstün olmuşdu. Ancaq finalda onlar zəif təsir bağışladığından, azarkeşlər gərgin mübarizənin şahidi olmayıb.
Qeyd edək ki, Uruqvay bu qələbə ilə 15-ci dəfə Amerika kubokunun qalibi olub. Bununla da o, turnirin tarixində ən titullu komanda oldu.

0
0