Amerika kubokunun ən yaxşı futbolçusunun adı açıqlandı
25.07.2011 - 09:07
Argentina başa çatan “Amerika kuboku-2011” turnirinin ən yaxşı futbolçularının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Uruqvay milli komandasının hücumçusu Luis Suares qalibi olduqları yarışın ən yaxşı futbolçusu seçilib. “Liverpul” klubunun 24 yaşlı futbolçusu turnirdə 4 qol vurub ki, bunun 1-i finalda Paraqvayla görüşdə (3:0) olub. Paraqvay yığmasının qapıçısı Xusto Vilyar, Uruqvay millisi müdafiəçisi Sebastyan Koates öz ampluasında yarışın ən yaxşısı seçilib.
Qeyd edək ki, “Amerika kuboku-2011”nin bombardiri bürünc mükafat qazanan Peru yığmasının hücumçusu Paolo Gerrero vurduğu 5 qolla olub.
Qeyd edək ki, “Amerika kuboku-2011”nin bombardiri bürünc mükafat qazanan Peru yığmasının hücumçusu Paolo Gerrero vurduğu 5 qolla olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0