“Qəbələ” İngiltərə klubuna qalib gəldi
25.07.2011 - 09:12
“Qəbələ” İngiltərə klubuna qalib gəldi
Yay hazırlıq dövrünü İngiltərədə keçirən "Qəbələ" klubu daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, "Sent Albans" klubu ilə qarşılaşan baş məşqçi Toni Adamsın yetirmələri rəqibini 3:2 hesabı ilə məğlub edib.

"Qəbələ"nin heyətində Murad Hüseynov (20-ci dəq.) və Vurğun Hüseynov (24 və 57-ci dəq.) fərqləniblər. Təmsilçimiz yoxlama oyunun bu heyətdə çıxıb: Pavel Doroşevs, Mahir Şükürov (k), Lyuba Baranin, Vurğun Hüseynov, Daniel Kruz, Aleksandr Çertoqanov, Yaşar Abuzərov, Leonardo Lima, Viktor Mendi, Murad Hüseynov, Dodo.

Anar Nəzirov, Sergey Sokolov, Nodar Məmmədov, Saşa Yunisoğlu, Nuran Qurbanov və Tərzin Cahangirov isə start heyətdən kənar qalıblar.

Mənbə: pfl.az