Milli komandanın rekordu təkrarlandı
25.07.2011 - 10:03
Uruqvay milli komandasının futbolçusu Dieqo Forlan Amerika kubokunun finalında dubl müəllifi olmaqla yığmadakı qollarının sayını 31-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, İspaniya “Atletiko”sunun şərəfini qoruyan 33 yaşlı hücumçu bununla da əfsanəvi Ektor Skaronenin rekordunu təkrarlayıb.
“Nasional”, “Barselona”, “Milan” və “Palermo”da oynamış sonuncu 1917-30-cu illərdə şərəfini qoruduğu millidə 52 matça 31 qol vurmuşdu. Forlan isə 82 oyunda bu qədər qol vurub. Sonuncu dəfə DÇ-2010-nun 3-cü yer uğrunda görüşündə fərqlənən Dieqo ardıcıl 9 quru oyundan sonra rekorda şərik oldu.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0