“Roma” ilə “Yuventus” çempionatımızda oynayan qapıçıya qiymət verəcək
25.07.2011 - 10:51
Zaqatalanın “Simurq” klubunun ukraynalı sabiq qapıçısı Vitali Postranki özünü Rusiyada sınayır. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə “Simurq”da çıxış etmiş 33 yaşlı legioner I divizion təmsilçisi “Fakel”in düşərgəsində yer alıb. Voronej təmsilçisi baxışa dəvət etdiyi Postranskini ciddi sınaq gözləyir. Belə ki, “Fakel” avqustun 4-də Voronejdə beynəlxalq turnir keçirməyi planlaşdırır. İştirakçılar arasında İtaliyanın “Roma”, “Yuventus”, İspaniyanın “Sevilya” kimi klubları var. Əgər Postranski bu sınaqdan üzüağ çıxarsa, “Fakel” son transferi olan tanınmış latviyalı futbolçu, bir vaxtlar Bakının “İnter” klubuna keçidi gündəmdə olan Yuri Layzans kimi onunla da müqavilə bağlayacaq.
Qeyd edək ki, Vitali “Simurq”un heyətində çempionatımızda 18 oyunda 18 qol buraxıb, 1620 dəqiqə oynayıb, 1 sarı vərəqə alıb. Zaqatala klubu 2010/11 mövsümündə “altılığ” dü bilmədikdən sonra Postranski daxil olmaqla bütün legionerlərdən imtina etdi.

0
0