“Qarabağ” sabah Bakıda sonuncu məşqinə çıxacaq
25.07.2011 - 10:39
“Qarabağ” Avroliqanın III təsnifat mərhələsində Belçikanın “Brügge” ilə oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, gündə bir məşq edən Ağdam təmsilçisində sevindirici məqam zədəsi olan hücumçu Tural İsgəndərovun artıq kollektivlə məşqlərdə iştirak etməsidir.
Məşqlərini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda davam etdirən “Qarabağ” bu gündən etibarən mərkəzi stadiona köçəcək. Komanda avqustun 4-də saat 19:30-da “Brügge” ilə cavab oyununu keçirəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda çalışacaq. Bu gün təlim-məşq toplanışına yığışacaq ağdamlılar sabah səhər saatlarında Bakıda sonuncu məşqinə çıxacaq. Ardınca isə “Qarabağ” Bakı – İstanbul – Brüssel reysi ilə Belçikaya yollanacaq.
Qeyd edək ki, “Qarabağ” səfər oyununu iyulun 28-də keçirəcək.
Mənbə: qarabagh.com

0
0